Bakıda mənzildən qadın meyiti tapılıb

9 Yanvar 2021 09:09

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Sidorova Anna Konstantinovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az