Kim Çen In: “Xarici dünya ilə əlaqələrimizi genişləndirməliyik”

9 Yanvar 2021 08:58

Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ölkəsi xarici dünya ilə əlaqələrini genişləndirməlidir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Kim Çen In bu barədə paytaxt Pxenyanda keçirilən Koreya İşçi Partiyasının qurultayında açıqlama verib.

"Biz xarici ölkələrlə əlaqələrimizi hərtərəfli genişləndirməli və inkişaf etdirməliyik", - deyə Şimali Koreya lideri vurğulayıb.

Kim Çen In əlavə edib ki, mövcud vəziyyət və dəyişən zaman ölkəsinin xarici dünya ilə əlaqələrini genişləndirməsini diqtə edir.

Milli.Az