Bayden Trampın andiçmə mərasimində iştirak etməyəcəyindən məmnun olduğunu bildirib

9 Yanvar 2021 08:38

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden Donald Trampın onun andiçmə mərasimində iştirak etmək istəməməsindən məmnun olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, C.Bayden bu barədə Delaver Ştatında çıxış edərkən bildirib.

Siyasətçi əlavə edib ki, xüsusi xidmət orqanlarının fəaliyyətinə tam etibar edir və andiçmə mərasiminin təhlükəsiz şəraitdə baş tutacağına əmindir.

Milli.Az