Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şağan qəsəbəsində baş verib.
1962-ci il təvəllüdlü Məmməd Quliyev yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu avtomobil vurub.
Yaralı açıq kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli silkələnməsi və bədənin müxtəlif nahiyələrinin çoxsaylı sınığı diaqnozu ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.
Milli.Az