Bakıda sərnişin avtobusda yıxılaraq ağır xəsarət alıb

9 Yanvar 2021 08:23

Bakının Yasamal rayonunda sərnişin avtobusunun sürücüsünün qəfil əyləcdən istifadə etməsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində hərəkətdə olan 39 nömrəli sərnişin avtobusunda baş verib.

Bu zaman müvazinətini itirən 1995-ci il təvəllüdlü Kazımov Seyran Rəşid oğlu avtobusun salonunda yerə yıxılıb. O, dizindən ağır xəsarət alıb.

Yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Milli.Az