Abşeronda yanğın

8 Yanvar 2021 22:20

Abşeron rayonunun Saray qəsəbəsində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ümumi sahəsi 50 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az