Azərbaycanlı məşhur aparıcı: “Qız olduğum üçün atam məni istəməyib” - VİDEO

8 Yanvar 2021 19:44

ARB TV-nin "Elgizlə İzlə" verilişinin aparıcısı Pərvanə Tahirqızı canlı yayımda maraqlı açıqlama edib.

Milli.Az xəbər verir ki, aparıcı atasının onu qız olduğu üçün istəmədiyini deyib:

"Ailədə 4-cü qızam. Atam oğlan gözləyirmiş. Elə biliblər mən oğlan olacağam. Qız olduğumu eşidəndə xəstəxanaya gəlməyib, məni istəməyib. Amma sonradan məni çox istəyib. Atama oxşayıram. Heç də peşman deyiləm".

Milli.Az