"Vest Hem"in hücumçusu "Ayaks"da

8 Yanvar 2021 19:39

Niderlandın "Ayaks" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Amsterdam təmsilçisi İngiltərənin "Vest Hem" klubundan Sebastian Halleri heyətinə qatıb. Bu barədə "Ayaks"ın mətbuat xidməti məlumat yayıb.

26 yaşlı hücumçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. O, yeni komandasında 22 nömrəli forma ilə edəcək.

Milli.Az