Zidan karantinə alındı

8 Yanvar 2021 19:19

"Real"ın baş məşqçisi Zinəddin Zidan karantinə alınıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna səbəb fransalı mütəxəssisin koronavirusa yoluxmuş şəxslə təmasda olmasıdır.

O, komandanın  son məşqində iştirak etməyib. Zidanın artıq koronavirus testi verdiyi və nəticənin neqativ olduğu bildirilir. Lakin qaydalara görə, o, ikinci dəfə test verməlidir. Həmin testin də cavabı neqativ olsa, baş məşqçi komandaya qayıtmasına icazə veriləcək. Növbəti testin cavabına qədər o, karantində qalacaq.

Qeyd edək ki, "Real"ın növbəti oyunu sabah səfərdə "Osasuna"ya qarşı olacaq.

Milli.Az