Keçmiş məhkumun evindən 8 kiloqram narkotik götürülüb

8 Yanvar 2021 17:04

Hacıqabulda keçmiş məhkumun evindən 8 kiloqram narkotik götürülüb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ş.Əhmədovun yaşadığı Hacıqabul şəhərindəki evindən 8 kiloqram 452 qram marixuana aşkar edilərək götürülmüşdür.

Milli.Az