Bakıda kişi küçədə yıxılaraq ölüb - FOTO

8 Yanvar 2021 16:19

Paytaxın Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, rayonun A.M.Şərifzadə küçəsində təxminən 50-55 yaş aralığında olan kişi (şəxsiyyəti dəqiqləşdirilməyib) yolu keçərkən qəflətən yıxılıb.

Ərazidə olan sakinlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az