ARB TV-nin "Hüseynova bacıları" verilişində mövsümün ilk qonağı əməkdar artist Elza Seyidcahan olub.
Milli.Az xəbər verir ki, Əməkdar artist sevgidən danışıb:
"Başdan-ayağa dəlicəsinə sevirəm. Özümü dəli sevgidən qoruyuram ki, dəlixanaya düşməyim. Bilirəm ki, sevgi əndazəsini aşanda, o insanı uçuruma aparır. İyrənməmək üçün yetəcək qədər sevməlisən. Çünki sevgidən nifrətə bir addımdır. Həyatda çox qısqancam. Hisslərə qapılmıram, ağlımı seçirəm".
Milli.Az