Mayk Pens 12 günlük prezident olmaq istəmədi

8 Yanvar 2021 14:16

ABŞ vitse-prezidenti Mayk Pens Donald Trampın Konstitusiyaya 25-ci düzəlişdən istifadə olunaraq təcili istefaya göndərilməsini dəstəkləməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu məlumatı "Nyu York Tayms" qəzeti yayıb. Məlumata görə, Pens bu qərarın ölkədə xaosu dərinləşdirəcəyini deyib.

Qeyd edək ki, Konstitusiyaya 25-ci düzəlişə əsasən, prezident hər hansı səbəbdən vəzifə səlahiyyətlərini icra etmək imkanını itirərsə, vitse-prezident kabinet üzvlərinin əksəriyyətinin dəstəyi ilə prezidenti vəzifəsindən istefaya göndərə və səlahiyyətləri əlinə ala bilər.

Tramp 20 yanvarda səlahiyyətlərini Co Baydenə təhvil verməlidir.

Milli.Az