Türkiyədə avtobus aşdı - 2 ölü, 16 yaralı

8 Yanvar 2021 10:31

Türkiyənin Samsun vilayətinin Atakum rayonunda bələdiyyə işçilərini daşıyan avtobus aşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Qəza yerinə təcili yardım və xilasetmə qrupları cəlb edilib. Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

Milli.Az