"Arsenal"dan ilk transfer

8 Yanvar 2021 13:19

"Arsenal" bu qış ilk transferini edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi "Herta"nın gənc müdafiəçisi Omar Rekiki heyətinə qatıb. 19 yaşlı oyunçunun təcrübə qazanması məqsədi ilə bu mövsümün ikinci yarısını klubun U-23 komandasında keçirəcəyi bildirilib.

Qeyd edək ki, "Arsenal"ın bu transfer üçün 600 min avro ödədiyi bildirilir.

Milli.Az