Tanınmış həkim koronavirusdan vəfat etdi

8 Yanvar 2021 09:15

Tanınmış həkim, reanimatoloq-anestezioloq Həsən Şahverdiyev vəfat edib.

Milli.Az-ın məlumatına əsasən, o, ötən gün koronavirusdan müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Azərbaycan Tibb Universitetinin patoloji fiziologiya kafedrasının müəllimi olan H.Şahverdiyev bir müddət idi ki, koronavirusdan müalicə olunurdu.

Milli.Az