Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olan DİN-in çavuşu - FOTO

7 Yanvar 2021 19:06

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Cəbrayıllı İbrahim Raqub oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, İ.Cəbrayıllı 1999-cu ildə Zərdab rayonunun Məlik Umudlu kəndində doğulub.

O, sentyabrın 30-u Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az