Moskvada yaşayış binasında yanğın: 4 nəfər öldü

7 Yanvar 2021 16:49

Moskvada çoxmərtəbəli yaşayış binasında yanğın olub, 4 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Moskvanın Belovejskaya küçəsində yerləşən 22 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yanğın baş verib. Nəticədə 4 nəfər həyatını itirib.

Beş nəfərin həyatı xilas edilib.

Milli.Az