İtaliyanın "Parma" klubu baş məşqçisi Fabio Liverani ilə yollarını ayırıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis A seriyasının 16-cı turunda "Atalanta"ya 0:3 hesabı ilə uduzduqları oyundan sonra istefa verib.
Qeyd edək ki, "Parma" A seriyasında 12 xalla 17-ci pillədə qərarlaşıb. Fabio Liverani 2020-ci ilin avqustundan komandanı çalışdırırdı.
Milli.Az