"Ölkədə karantin rejimi tədbiq ediləndən uzun müddət küçəyə çıxmadım"

7 Yanvar 2021 18:39

Müğənni Günay İbrahimli də işsizlikdən və maddi sıxıntıdan şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "Xəbər-ətər" verilişində karantindən danışıb. O bildirib ki, heç bir gəliri yoxdur:

"Ölkədə karantin rejimi tədbiq ediləndən uzun müddət küçəyə çıxmadım. Belə davam etsə, acından öləcəyik. Heç bir gəlirim yoxdur, ailəmin əlinə baxıram. Evdəkilər çalışır, onlar da mənə maddi kömək edirlər".

Milli.Az