Konqresin qərarından sonra Trampdan cavab gəldi

7 Yanvar 2021 13:15

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp 20 yanvarda prezidentlik səlahiyyətlərini problemsiz şəkildə yeni Prezident Cozef Baydenə ötürəcəyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi açıqlamasında bildirilib.

"Seçkinin nəticələri ilə razı deyiləm, ancaq vəzifəni 20 yanvarda problemsiz təhvil verəcəyəm", - Tramp qeyd edib.

Milli.Az