ARB TV-nin "Elgizlə İzlə" verilişində əməkdar artist Gövhər Rzayeva qonaq olub.
Milli.Az xəbər verir ki, həyat yoldaşından ayrılan qarmon ifaçısı yenidən ailə həyatı qurmaq istəmədiyini deyib:
"Mən hər zaman özümə can sağlığı diləmişəm, Bir də Allahdan ruzi diləyirəm. Ər istəmirəm. Ər adamı qocaldır. Cavanlara olar, amma mənim yaşımda olanlar üçün gecdir. Əri neyləyirəm? 3 övladım, 5 nəvəm var".
Milli.Az