Yoxsulluq son 22 ildə ilk dəfə artıb - QUTERREŞ

8 Yanvar 2021 03:30

"2020-ci ildə dünyada yoxsulluğun səviyyəsi son 22 ildə ilk dəfə artıb".

Milli.Az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş açıqlayıb.

"Gözlənildiyi kimi, həssas məqamda, həmçinin münaqişələr şəraitində iqtisadi aktivliyin düşməsi əlavə olaraq 18 milyondan 27 milyonadək insanı yoxsulluğa məruz qoyacaq", - o bildirib.

A.Quterreş dünyada gender bərabərsizliyinin kəskinləşdiyini də vurğulayıb. (publika.az)

Milli.Az