Bu ölkə büdcə kəsirləri üzrə acı rekorda imza atıb

8 Yanvar 2021 08:19

On dörd milyard avro! Çexiya 2020-ci ili, demək olar ki, bu büdcə kəsiri ilə başa vurub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Çexoslovakiya Sosialist Respublikası 1993-cü ildə iki dövlətə parçalanandan sonra bu, Çex Respublikasında qeydə alınmış mütləq rekord göstəricidir. Bu rekord qlobal iqtisadi böhranın 2009-cu ildə ölkəni 7,3 milyard avro kəsirinə məruz qoymuş həddi aşıb. Cari mövsümdə dövlət xəzinəsindən vəsaitlərin daha çox xərclənməsinə isə, təbii ki, hamı üçün gözlənilməz olan pandemiya səbəb olub. Qeyd edək ki, təkcə bu məqsədlə artıq əvvəldən nəzərdə tutulmayan 8,2 milyard avro xərclənib.

Milli.Az