Lalə Məmmədova İsraildə çıxış edəcək
26 Aprel 2010 15:49
Müğənninin Milli.Az xəbər portalına bildirdiyinə görə, konsert İsrailin iki şəhərində keçiriləcək. Mayın 4-7 tarixlərinə təsadüf edəcək səfər zamanı o,Tel-Əviv və Hayfa şəhərlərində təşkil ediləcək konsert proqramlarında geniş proqramla çıxış edəcək.
Sətənçinin bildirdiyinə görə, mədəniyyət günləri çərçivəsində təşkil ediləcək konsertdə onunla birlikdə eyni səhnəni əməkdar artist Ədalət Şükürov və müğənni Xəyyam Nisanov paylaşacaqlar.
Söhbəti zamanı müğənni yaxın günlərdə repretuarına bir sıra yeni mahnılar daxil edəcəyini bildirdi. Onun yaxın aylar üçün konsert layihəsinin olub-olmayacağı isə hələ sual altındadır.
Xədicə
Milli.Az