“Beşiktaş” Mancukiçlə danışıqlara başladı

7 Yanvar 2021 12:39

Türkiyənin "Beşiktaş" klubu Mario Mancukuçi transfer etmək niyyətindədir.

Milli.Az apasport.az-a istinadla bildirir ki, İstanbul təmsilçisi xorvatiyalı hücumçu ilə danışıqlara başlayıb.

2020-ci ilin yayından klubsuz olan forvard azad agent statusuna malikdir. "Beşiktaş" onunla 2022-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, Mancukiç İspaniya "Selta"sının da maraq dairəsindədir.

Milli.Az