Dünənki iğtişaşlarda bu sənədlər xilas edildi - FOTO

7 Yanvar 2021 12:22

Seçicilərin səsvermə nəticələri ilə bağlı sənədlər Kapitolidən çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ Senatının işçiləri binadan təxliyə olunarkən seçki nəticələrini əks etdirən sənədləri özləri ilə aparmağa müvəffəq olublar.

Xatırladaq ki, dünən ABŞ Konqresinin hər iki palatasının senatorları konstitusiyaya uyğun olaraq keçiriləcək iclasda prezident seçkilərindən sonra keçirilən səsvermənin nəticələrini təsdiqləməli idilər. İclas başladıqdan sonra Trampın dəstəkçiləri Konqres binasına girərək prosesə mane olublar.

Milli.Az