Moskvanın mərkəzində Njdenin faşist köməkçisinin ideyaları təbliğ olunur - QALMAQAL

7 Yanvar 2021 12:33

Yeni ilin başlanğıcı ilə Hitlerin əlaltısı Qaregin Njdenin həyat və yaradıcılığına dair kitablar Moskvanın kitab mağazalarında peyda oldular.

Milli.Az smi6.ru-ya istinadən xəbər verir ki, 1 yanvar 1886-cı il təvəllüdlü nasist cinayətkarın doğum günü şərəfinə "ArmBook" kitab mağazası oxucularını Ermənistanda kultu dövlət səviyyəsinə qaldırılan Njdenin əsərlərini satın almağa və tanış olmağa, bu şəxsin tərcümeyi-halını və siyasi yolunu öyrənməyə təşviq edir.

"Milli qəhrəmanın taleyi ilə maraqlanan - ömrü boyu ölkəsinə xidmət edən və insanların həyatını yaxşılığa doğru dəyişdirməyə çalışan, dövlətinin sərhədlərini işğalçılardan qoruyan və vətənini çox sevən hər kəsə - Qaregin Njdenin tərcümeyi-halını və fəaliyyətini, fəlsəfəsini və ideologiyasını təqdim edən kitabları tövsiyə edirik", - deyə naşirin səhifəsində deyilir.

Qeyd edək ki, arxivlərdə Njdenin üçüncü reyxlə əməkdaşlığına dair kifayət qədər dəlil var. İndiki "Ermənistan qəhrəmanı" əsasən "erməni legionu"na əsgər toplamaqla məşğul idi - həm erməni əsirləri arasında, həm də gənc diaspor erməniləri arasında.

Njdenin  ideologiyası, qısaca izah edilsə, irqçilik olan "Tsegakronizm" üzərində qurulmuşdur.

Njdenin nasizm ideyalarına bağlılığı xüsusilə Böyük Vətən Müharibəsi zamanı üzə çıxdı.

Bəzi erməni və ermənipərəst müəlliflər nasist iş birliyinin qaranlıq keçmişini ört-basdır etmək məqsədi ilə Njdeni "nümunəvi rus zabiti" kimi xarakterizə edirlər.

Moskva ermənilərinin "Nümunəvi rus zabiti" kimi təqdim edilən Njde Zəngəzuru "müdafiə edirdi" və rus əsgərləri də daxil olmaqla məhkumları öldürürdü. Eyni fikirlər indi Ermənistan cəmiyyətində yeni bir qüvvə ilə alovlanır və burada fəal şəkildə Qarabağdakı rus sülhməramlılarına qarşı silahlanmağa çağırırlar.

Aslan Məmmədov
Milli.Az