“Mançester Siti” derbidə qələbə ilə finala yüksəlib - VİDEO

7 Yanvar 2021 08:18

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsi başa çatıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə Mançester derbisi baş tutub.

"Mançester Yunayted" finala vəsiqə uğrunda qarşılaşmada "Mançester Siti"ni qəbul edib. Görüşün taleyi ikinci hissədə həll olunub. 2 qol vuran qonaqlar qalib gələrək finala yüksəlib.

Beləliklə, bir gün əvvəl "Brentford"u 2:0 hesabı ilə məğlub edən "Tottenhem"in finalda rəqibi bəlli olub. London təmsilçisi aprelin 25-də "Uembli"də keçiriləcək həlledici matçda "Mançester Siti" ilə görüşəcək.

İngiltərə Liqa kuboku
Yarımfinal
6 yanvar
"Mançester Yunayted" - "Mançester Siti" - 0:2

Stounz, 50, Fernandinyo, 83

Milli.Az