Bakının Qaradağ rayonunda 15 yaşlı oğlan döyülüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qızıldaş qəsəbəsində baş verib.
2005-ci il təvəllüdlü Kərimli Cəlil Nəsib oğlu tanıdığı şəxs tərəfindən döyülüb. Onun sol qoluna bıçaq xəsarətləri yetirilib. Ağır xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib.
Fakt araşdırılır.
Milli.Az