Dell Latitude seriyasını təqdim etdi

10 Yanvar 2021 20:20

Dell bu gün yeni kompüter modellərini nümayiş etdirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, modellər arasında Dell Latitude seriyasına daxil iki yeni cihaz da var. Hər iki notbukun kamerasında pandemiyadan dolayı evdən işləyənlər üçün vacib yeniliklər var.

9420 və 9520 adlandırılan cihazlardakı xüsusi sistem sayəsində avtomatik qapana bilən kameraya malik notbuklar Intel-in 11-ci nəsil Gen vPro prosessorundan güc alır.

Cihazlarda yer alan istifadə edilmədiyi zamanda avtomatik qapanan kamera sistemi SafeShutter adlanır.

Latitude 9520 modeli haqqında çox detal açıqlanmayıb. Dəqiq olan məsələlərdən bir digər notbuka nisbətən daha bahalı və güclü olmasıdır.

Latitude 9420 14 düymlük 2560x1.600 piksel aydınlığa malik ekrana sahibdir. Bundan başqa, cihaz 32 GB əməli, 1 TB daxili yaddaş tutumuna malikdir.

9420 modelində, eyni zamanda Qualcomm-un Snapdragon X20 və ya X55 modemləri yer alacaq. LTE və 5G dəstəyi istəyən istifadəçilər bunun üçün əlavə pul ödəməli olacaqlar.

Dell Latitude 9420 1949 dollardan başlayan qiymətlərlə istifadəçilərə təqdim olunur. Dell Latitude 9520-nin isə qiyməti açıqlanmayıb.

Milli.Az