Afət Fərmanqızı qalmaqallı mahnısından 500 min dollar qazanıbmış - VİDEO

6 Yanvar 2021 17:04

Azərbaycan dahi şairi Nəsiminin "Sığmazam" qəzəlinin sözlərinə oxuduğu "Pəncu şeş" adlı qalmaqallı mahnısı ilə gündəmə gələn müğənnmi Afət Fərmanqızı onu tənqid edənlərə yenidən cavab verib.

Milli.Az unikal.org-a istinadla xəbər verir ki, "Xəbər-Ətər" verilişinin qonağı olan müğənni sözügedən mahnısından 500 min dollar qazandığını vurğulayıb.

Belə ki, A.Fərmanqızı həmin mahnıdan əldə etdiyi pulla son model "Mersedes GALENWAGEN" markalı avtomobili aldığını da gizlətməyib.

Milli.Az