Sabirabadda evdə partlayış olub, 1 nəfər yanaraq ölüb

6 Yanvar 2021 14:17

Sabirabad rayonunda fərdi yaşayış evində quraşdırılan qaz sobası partlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, partlayış nəticəsində baş verən yanğın zamanı ev sahibəsi Əliyeva Ağasoltan Zakir qızı ağır yanıq xəsarətlətləri alaraq Bakıda yerləşən 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az