Suqovuşanda erməni hərbçilərinin meyiti TAPILDI

6 Yanvar 2021 16:49

Tərtər rayonunun Suqovuşan kəndində 4 erməni hərbçinin meyiti aşkarlanıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Dağlıq Qarabağdakı qondarma rejimin "fövqəladə hallar xidməti" açıqlama yayıb. 

Məlumatda axtarış işlərinin bu gün Talış-Suqovuşan və Füzuli-Hadrut istiqamətində aparıldığı vurğulanıb.

Milli.Az