Bakı Dünya Kubokuna ev sahibliyi edəcək

6 Yanvar 2021 15:44

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bakıda güllə və stend atıcılığı üzrə mərhələ yarışı təşkil olunacaq. Turnir iyunun 21-dən iyulun 2-dək keçiriləcək.

Qeyd edək ki, Bakı və Qəbələ dəfələrlə Dünya Kuboku yarışlarına ev sahibi olub.

Milli.Az