İtaliyanın "Yuventus" klubu müdafiə xəttini gücləndirmək niyyətindədir.
Milli.Az apasport.az-a istinadla bildirir ki, Turin təmsilçisi "Cenoa"ya icarəyə verdiyi Luka Pelleqrinini geri qaytarmağa qərar verib.
21 yaşlı sol cinah müdafiəçisi "Kalyari"yə transfer olunacaq Canluici Frabottanı əvəzləməlidir. Bu üzdən də 2020-ci ilin sentyabrında Genuya təmsilçisinə keçən Pelleqrini "ağ-qaralar"a lazım gəlib.
Milli.Az