Trampın “Ferrari”si hərraca çıxarılıb

6 Yanvar 2021 14:34

ABŞ-da "Mecum Auctions" hərrac evi hazırkı ölkə prezidenti Donald Trampa məxsus olmuş "Ferrari F430" avtomobilini satışa çıxarıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtomobili əldə edən şəxsə üzərində D.Trampın imzası olan sənədlərin nüsxəsi də təqdim olunacaq.

Avtomobil 11 min kilometr yürüş məsafəsinə malikdir.

Mütəxəssislərin fikrincə, D.Trampın "Ferrari"si hərracda 400-500 min dollara satıla bilər.

Milli.Az