Bakı sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş O.Səlimovdan nömrəsi silinmiş "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az