Ali Məhkəmənin hakimi koronavirusdan vəfat edib

6 Yanvar 2021 10:55

Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İnqilab Nəsirov vəfat edib.

Milli.Az bildirir ki, İ. Nəsirov bir müddət əvvəl koronavirusa (COVID-19) yoluxub. O, bu gün səhər saatlarında müalicə aldığı xəstəxanada vəfat edib.

Ali Məhkəmədən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Ali Məhkəmənin hakimidir.

Milli.Az