İngiltərə Premyer Liqasında 40 yeni yoluxma

6 Yanvar 2021 09:19

İngiltərə Premyer Liqasında son koronavirus testlərinin nəticələri açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 40 nəfərdə yoluxma halı aşkarlanıb.

Onlardan neçəsinin futbolçu olduğu açıqlanmayıb.

Qeyd edək ki, kütləvi yoluxma səbəbindən daha əvvəl ölkə çempionatında "Everton" - "Mançester Siti", "Tottenhem" - "Fulhem" və "Bernli" - "Fulhem" matçları təxirə salınıb.

Milli.Az