Salyan sakini yaxın qohumu tərəfindən bıçaqlanıb

5 Yanvar 2021 22:12

Salyanda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Qarabağlı kəndində qeydə alınıb.

Münaqişə zəminində yaxın qohumu tərəfindən bıçaqlanan kənd sakini, 1968-ci il təvəllüdlü Həsənov Telman Rafayıl oglu bıçaq xəsarəti ilə Şirvan Şəhər Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az