Siyəzəndə 23 yaşlı oğlan dəm qazından boğularaq ölüb

5 Yanvar 2021 20:04

Siyəzəndə bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Yarıyev Ülvi İsmayıl oğlu dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az