Ərdoğan Baxçalı ilə görüşdü - FOTO

5 Yanvar 2021 17:13

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, MHP rəhbəri Ərdoğanı Çayyoludakı evinin qarşısında qarşılayıb. Mətbuata qapalı keçirilən görüş təxminən 1 saat davam edib.

Baxçalı görüşdən sonra Prezidenti avtomobilinə qədər müşayiət edərək yola salıb.

Milli.Az