Filippində sel 5 nəfərin həyatına son qoydu

5 Yanvar 2021 19:03

Filippində sel 5 nəfərin həyatını itirməsinə səbəb olub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, şiddətli leysan yağışları nəticəsində Luzon adasında sel hadisəsi meydana gəlib.

Nəticədə 5 nəfər həyatını itirib. Onlarla itkin düşən şəxsin olduğu bildirilir. Böyük dağıntı və zərər də ortaya çıxıb. Hazırda axtarışlar davam edir. Sel təhlükəsi olan qonşu adalarda əhalinin evakuasiyası prosesinə başlanılıb.

Milli.Az