İtkin düşən əsgərlərin qohumları İrəvanda etiraz aksiyası keçirir - VİDEO

5 Yanvar 2021 16:24

İtkin düşən və əsir götürülən hərbçilərin qohumları İrəvandakı hökumət binasının qarşısında etiraz aksiyası keçirir.

Milli.Az Day.Az-a istinadən xəbər verir ki, görüntülər Telegram-da yayımlanıb.

Xatırladaq ki, Ermənistan Səhiyyə Nazirliyi 3 mindən çox əsgərin ölümünü etiraf edib. Müdafiə Nazirliyinin açıqldığı rəqəmlər isə ölümlərin guya daha az olduğunu göstərir.

Milli.Az