"Real" qışda üç futbolçusu ilə yolları ayırır

5 Yanvar 2021 19:35

"Real"ın üç futbolçusu qış transfer pəncərəsində Madrid təmsilçisini tərk edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi İsko, müdafiəçi Alvaro Odriosola və hücumçu Luka Yoviçdir.

İskonun  artıq klub rəhbərliyinə daha çox oynayacağı bir komandaya keçmək istədiyini bildirdiyi vurğulanıb. İspan futbolçu ilə "Yuventus", "Mançester Siti" və "Napoli" maraqlanır. "Real"ın oyunçunu 50 milyon avroya satmağa hazır olduğu qeyd olunub.

Odriosola yenidən "Bavariya"ya icarəyə göndərilə biləcəyi, Luka Yoviçin isə "Ayntraxt"a qayıda biləcəyi iddia olunub.

Milli.Az