Bu mineralın defisiti koronavirusu ağırlaşdırır - Vaxtında qəbul edin

15 Yanvar 2021 23:00

COVID 19-la bağlı yeni-yeni araşdırmalar maraqlı nəticələr ortaya qoyur.

Belə ki, Çində selen mineralının defisiti olan regionlarda koronavirusdan ölüm ən yüksək həddə idi.

Milli.Az bildirir ki, bu barədə Britaniya Universitetinin elmi məqaləsi American Journal of Clinical Nutrition dərgisində çap olunub.

Selen təbii mineral olub, gübrə, torpaq və sudan qida məhsullarına keçir. Selenlə qoz, toxumlar, göbələk, buğda, süd məhsulları, balıq, yumurta, ətdə çoxdur. Bu microelement olmadıqda, orqan və sistemləriniz praktiki olaraq öz işini görmür.

Selen immun sistem üçün də vacibdir.

Tədqiqatlar göstərib ki, selenin miqdarı insan və heyvanlarda infeksion xəstəliklərin necə və nə qədər çəkəcəyini təyin edir.

Orqanizmində bu element az olan canlılar infeksiyaları ağır keçirir və bundan ölüm riski də artır.

Məsələn, QİÇS-li xəstələrdə selenin səviyyəsi xəstəliyin SPİD-ə keçib-keçməyəcəyini təyin edir. Selen az olan xəstələr bu xəstəlikfən daha tez ölür.

Çində bu mineralın defisiti coğrafi müşahidə olunur. Şimal bölgəsində torpaqda, kökdə və gübrədə selen çatışmır, ona görə bu ərazilərin sakinlərinin orqanizminə bu mineral da az düşür.

Professor Marqaret Reyman və komandası koronavirusdan ölüçm statistikasında bölgələr üzrə əhalidə selenin çatışmazlığının təsirini analiz ediblər.

Müxtəlif şəhər və əyalətlərdəki xəstələrin məlumatlarını təhlil edərək bu nəticəyə gəliblər ki, yüksək dərəcədə selen olan bölgələrdə koronavirusdan ölüm az, sağalma yüksək olub.

Çində ən yüksək selen səviyyəsi olan Hubey əyalətində koronaviruslu xəstələr 3 dəfə daha çox sağalıb. Və əksinə selen qıtlığından əziyyət çəkən Heylunçzyan əyaləyində koronavirusdan ölüm 5 dəfə çox olub.

Çinin 17 şəhərinin əhalisinin saç nümunələrində selen analizi isə göstərib ki, bu mineral orqanizmdə nə qədər çox olarsa, insan virus infeksiyalarını bir o qədər asan, yüngül keçirir. /medicina.az

Milli.Az