Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu yanvarın 15-də yekunlaşacaq

5 Yanvar 2021 19:01

Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu yanvarın 15-də yekunlaşacaq.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xaricdə doktorantura təhsili ilə bağlı elan edilmiş 2021-ci il yaz semestri üçün sənəd qəbulu davam edir.

"2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulu 15 yanvar saat 23:59-dək davam edəcək.

Milli.Az