Bundesliqa klubunda yeni baş məşqçi

5 Yanvar 2021 16:41

Almaniyanın "Maynts" klubunun yeni baş məşqçisi məlum olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanı Bo Svensson çalışdaracaq. 41 yaşlı mütəxəssislə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Danimarkalı məşqçi 2015-2019-cu illərdə də "Maynts"da işləyib. O, hazırkı vəzifəsində Yan-Morits Lixteni əvəzləyib.

Qeyd edək ki, "Maynts" Bundesliqada 66 xalla 18 komanda arasında 17-ci sıradadır.

Milli.Az