Türkiyənin "Kayserispor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Superliqa təmsilçisini Dan Petresku çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Rumın mütəxəssislə 2.5 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Petresku "Kayserispor"a bu mövsüm rəhbərlik edən üçüncü məşqçi olacaq. Superliqada geridə qalan 16 tur ərzində cəmi 10 xal toplamış "Kayserispor" 21 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.
Əlavə edək ki, Dan Petreskunun sonuncu iş yeri ötən mövsüm çalışdırdığı ÇFR (Kluj) olub. 53 yaşlı mütəxəssis "Rapid" (Buxarest), "Visla" (Krakov), "Kuban" (Krasnodar), "Dinamo" (Moskva) kimi klublarda da baş məşqçi olub.
Milli.Az